Olduğun kimi düşün ya da düşündüyün kimi ol !
Təsəvvür edin ki, sizin eviniz, maşınınız, şirkətiniz və çoxlu pulunuz var. Maddi olaraq heç bir sıxıntınız yoxdur. Hiss edirəm... Ürəyinizdə deyirsiz ki, “Pul gəldi-gedərdiii, əsas can sağlığı və xoşbəxtlikdir”. Amma mən bu mövzudan danışmıram, başqa şeydən danışıram.
Təsəvvür edin ki, sizin eviniz, maşınınız, şirkətiniz və çoxlu pulunuz var. Maddi olaraq heç bir sıxıntınız yoxdur. Hiss edirəm... Ürəyinizdə deyirsiz ki, “Pul gəldi-gedərdiii, əsas can sağlığı və xoşbəxtlikdir”. Amma mən bu mövzudan danışmıram, başqa şeydən danışıram.
Pulu az olanlar, yuxarda saydıqlarımın hamsına sahib olmayan insanlar həmişə düşünürlər ki, bunlar olsa bütün problemlər həll olunacaq və xoşbəxt olacaq. Çox işləməyə ehtiyac olmayacaq, rahat istirahət edəcək. Təsəvvür edin ki, hər şeyiniz var və xoşbəxtsiz. Bəli! Bitdi bu qədər.
Əslində onlar olmadan da siz xoşbəxtsiz. Siz onları əldə etmək üçün düzgün düşünmədiz və heç çalışmadız. Amma mən bilirəm bu niyə belədir. Çünki qərarlarınızı müstəqil verə bilmirsiz. Həmişə kimlərəsə görə öz həyatınızı, arzularınızı puç edirsiz. Bu həyatda hər kəs fərdi şəxsiyyətdir. Siz başqalarından sadəcə məsləhət ala bilər və məsləhət verə bilərsiz. Onları etmək məcburiyyətində deyilsiz.
Siz mağaza açmaq istəyirsiniz. Arzulamısız ki, həmişə bir mağazanız olsun. Bunun üçün sadəcə olaraq, mağaza necə açmaq lazımdırsa prosedüru öyrənin və icra edin. Sadəcə edin.
Ev almaq istəyirsiniz. Kirayədə qalmaq ayıb bir şey deyil və hamının evi olmalıdı deyə bir qanun da yoxdur. Kirayədə qalmaq əksinə daha avantajlıdır. Şəhərə yaxın qalmaq, evin təmirində çox pul xərcləməmək, əşya qırılanda ucuzlu birşey alıb yerinə qoymaq, istədiyində başqa yerə köçmək kimi üstünlükləri var. İndi deyəcəksiniz ki, pulum olmasa çöldə qalacam ? Pulunuz olmasa belə öz evinizdə də çöldə qalmış kimi birşey olacaqsız.
Bunun kimi çox şeylər danışmaq olar. Məsələ budur ki, bunlari istəmədiyimiz üçün xoşbəxt ola bilmirik. Kimlərinsə fikirləri, kimlərinsə söz-söhbətinə görə arzularınızdan, xəyallarınızdan imtina edirsiz.
Düşündüyunuz hər şeyi edin. Dünyanın sonuna hələ çox var. Ən doğrusunu siz edirsiz. Siz hamıdan ağıllısınız. Siz bir dahisiz.
Olduğun kimi düşün … ya da düşündüyün kimi ol...