Persona və Kölgə. Qəbul etmədiyimiz gerçəklər

Özünüzə bu yığıncaqda hansı rolu seçmək istəyərsiz? Hansı rolu yaxşı oynayacağınıza inanırsız? Bəs bu oynadığınız rol sizə hansı xarakteri təqdim edir? Bir oyun düşünək, “Sıxıldım, biraz da bu rolu oynayım” dediyiniz oldu ? Bir də onu deyim ki, bu simulasiyalar boşuna deyil. Bir rol, bizə gerçəyin özünü də təqdim edir. Əgər fikir verə bilsək. 

Persona və Kölgə. Qəbul etmədiyimiz gerçəklər

Deyir ki Həyat bir maskalı yığıncaqdır - desəm ağlınıza hansı səhnələr gəlir ?

Özünüzə bu yığıncaqda hansı rolu seçmək istəyərsiz? Hansı rolu yaxşı oynayacağınıza inanırsız? Bəs bu oynadığınız rol sizə hansı xarakteri təqdim edir? Bir oyun düşünək, “Sıxıldım, biraz da bu rolu oynayım” dediyiniz oldu ? Bir də onu deyim ki, bu simulasiyalar boşuna deyil. Bir rol, bizə gerçəyin özünü də təqdim edir. Əgər fikir verə bilsək. 

Doğulduğumuzda düşünmə, hissetmə, davranış, başa düşmə qabiliyyətimizlə dünyaya gəlirik. Amma bu qabiliyyətlərin, gizli tərəflərini tapmaq yolları isə bizim şəxsi yaşantılarımızla bağlıdır. İçində doğulduğun dünyanın ümumi bir tərəfi insanın zehinində var. Adam xarici dünyada ki zehnində olan bu tərəflərin qarşılığı olan obyektləri tanıdıqca bu tərəflər bilinən gerçəyə çevirilir. Necə ki, bir körpə gözlərini dünyaya açdığında anası ilə qurduğu özəl bir bağlantı kimi. Ananın simasını tanıyır və münasibəyə keçir. Jung, bu kollektiv şüursuz hadisəyə “arketip” deyir. Yani prototip kimi. Arketiplər universaldır. Bir körpə dünyanın harasında doğulursa ana arketipləri ilə birlikdə dünyaya gəlir. Ancaq öz anası ilə münasibətə keçdikdə, fərdi fərqlər ortaya çıxmağa başlayır. Bəzi arketiplər şəxsin ortaya çıxmasında önəmli rol oynamışdır.

Persona

Deyir ki, insanlar bu rolları canlandırarkən taxdığı maskalar insanın özü olmayan bir xarakteri yaşaması mənasında istifadə olunub. Başqa cür desəm cəmiyyətin razılığını almaq üçün insan başqalarına görə taxdığı maskadır.

Bu maskalar insanın yaşaması üçün vacibdir. Çünki cəmiyyət bunu tələb edir. Xoşumuza gəlməyən insanlarla bir yerdə olarkən, hisslərimizi bildirməmək və onlarla yaşamağı davam eləmək üçündür. İnsanlar iş yerində bundan daha çox istifadə edirlər. Evlərində getdikdə bu maskanı çıxardırlar. Bir insanın bir neçə maskası ola bilər. Ana maskası, iş yoldaşı maskası, həyat yoldaşı, dost və qardaş maskası. Bunlar normaldır və belədir. Bəlkə işləmək istəməyən birisən amma işləməyə məcbursan. Bir işə girdikdə ofisin ortasında “Haydaa mən bura gəlmək istəmirəm!” deyə içində bağırırsan.. Evə gəldikdə “Mən bu evə gəlmək istəmirəm! ” deyə içində bağırırsan. Amma indi deyirsən ki, yox mən elə demirəm. Elə şey olar ? Bax bu “Persona”-dır. Insanın həyatını yaşaması üçün vacibdir. Personanın insana verdiyi xeyrləri olduğu kimi zərərləri də ola bilir. Bir insan oynadığı rola özünü çox inandırırsa və eqosu bu vəziyyəti görürsə, şəxsin başqa bir hissəsi kənarda qalır. Belə bir vəziyyətdə insan özünə qarşı özgələşdir. İnsanın oynadığı rol ilə özü arasında bir gərginlik yaşanır. Bu gərginliyə “inflation” deyilir.

Bu insanlar bir vaxt sonra özlərini indiyə kimi aldatmış olduqlarını və gerçəkdə maraqlanmadığı şeylərlə maraqlandıqlarının fərqinə varırlar.

Ətrafldakı insanlar “çox ağıllı”, “çox mədəni”, “çox qabliyyətli”, “tərbiyəsiz” kimi tandıqları əslində insanın özü deyil də, personaya aid imiş. Yani maskaya baxaraq dediyimiz sözlər imiş.

Kölgə

“Everyone carries a shadow”

Yaxşı bəs kölgə nədir ? Persona görünən tərəfidir. Kölgə isə görünməyən tərəfi. Başqa cür dəsəm insanın boynuna almaq istəmədiyi qaranlıq tərəfdir. Süura qəbul edilməyən kölgə, digər insanlara əks elətdirilir. Problem onlardır. Pis olan da onlardır.

Kölgə gizli bir şəxsiyyətdir. İnsanın heyvan tərəfini tamamlayar desəm az olmaz. Arketiplərin ən güclü və ən təhlükələrindən biridir. Hərkəsdə bu var. İnsanın cəmiyyətdə yaşaması üçün bu kölgələri əhliləşdirməsi lazımdır. Bunun üçün əvvəl kölgəmizi qəbul edib, fərqinə varmağımız lazımdır. Bu əhliləşdirmə kölgənin istəklərini sıxaraq onun gücünə qarşı çıxabiləcək bir persona yaratmalıyıq. 

Eşitmisiniz bəlkə bəzən çox bacarıqlı, ağıllı, sakit həyat sürən biri durduq yerə hər şeyi atıb qayıq ilə dünya turuna çıxır. Ya da həyat yoldaşını, ailəsini tərk edib fərqli həyat tərzinə keçir. Bu cür qərarlar durduq yerə ortaya çıxmır. Kölgənin bu cür istəkləri arada ortaya çıxır və rəddedildikdən sonra güc qazanır və həyata keçir. Eqo və kölgə iş birliyi etdiyində insan özünü yaşam dolu və canlı hissedər. Çünki eqo içindəki dürtmələrin yolunu bağlamır, kölgənin varlığını qəbul edir və həmin dürtmələri yönəldir. 

Kölgəsini rədd edən insan sönükdür. İçindəki dürtmələri çox olduqda yalnızlığa və çarəsizliyə asan təslim olur. İnsan bir çarəsizlik yaşayırsa ya da güclü bir təyziq altındadırsa kölgə bu vəziyyətdən yararlanır və eqonu qaydaya salmağa çalışır. Çünki o əslində heç vaxt təslim olmaz və pusquda gözləyər.

Kölgə şəxsin qaranlıq koridordakı görünməyən üzüdür…. Gözləyir.. Gözləyir və vaxtı gəldikdə o koridordan çıxar və öz gerçək üzünü göstərir. Mənfəəti bitdiyində su üzünə çıxar. Əldə etdiyi yaxşılıqlar sona çatdığında, qaranlıq koridorundan oyanır və çölə çıxar. Maskanın arxasındakı tək tək ortaya çıxar. Nankorluq, Vəfasızlıq, Vicdansızlıq, Xainlik … və.s

"Bir insanın öz kölgəsi ilə üzləşə bilməsi üçün özünü öz işığında görməlidir." - Carl Gustav Jung



Not: Engin Geçtan’dan alıntılar alınıb.

Reaksiyanı bildir

like
4
dislike
0
love
5
funny
0
angry
1
sad
0
wow
2