Məqsədə çata bilməyəndə beyin imtina edir ?

Bir hədəfə çatmaq istəyəndə, o zaman hədəf üçün çalışmaq yerinə, hədəf üçün lazım olan şeyə sahib olmadığımızın fərqinə varırıq. Nəticə də beyində "Tükənmə hissi" yaranır və imtina edirik. Bu "Tükənmə Hissi"-ni həqiqətən də beynimizin kimyəvi reaksiyalar tərəfindən baş verdiyinizi desəm, inanarsız ? Adamlar bunu araşdırıblar. Bu araşdırma maraqlıdırsa, davam edək.

Məqsədə çata bilməyəndə beyin imtina edir ?

Bir hədəfə çatmaq istəyəndə, o zaman hədəf üçün çalışmaq yerinə, hədəf üçün lazım olan şeyə sahib olmadığımızın fərqinə varırıq. Nəticə də beyində "Tükənmə hissi" yaranır və imtina edirik.

Bu "Tükənmə Hissi"-ni həqiqətən də beynimizin kimyəvi reaksiyalar tərəfindən baş verdiyinizi desəm, inanarsız ? Adamlar bunu araşdırıblar. Bu araşdırma maraqlıdırsa, davam edək.

Siçanlar ilə yeni bir araşdırmanın nəticəsi budur ki, beyin mükafat əldə etmək üçün hansı işləri görür və mükafat əlçatmaz olan da hansı işləri görür.

Neyroelm onsuz da bir mükafatı əldə etmək üçün yaşadığımız həyacan zamanı baş verənləri araşdırır. İstər pul-para, yemək-içmək, seks-meks kimi maddi bir şey olsun, istərsə də sevgi və ya güc kimi daha mücərrəd olanları. Həmin an beyində bir kimyəvi söhbət meydana çıxır. Neyrotransmitterlər.

Neyrotransmitterlər dopamini beynin "Mükafat Mərkəzi" adlanan yerdəki sinir yollarına daşıyır. Bu, bizi irəliyə aparan biyokimyəvi dinamikadır. Xoşbəxt olmağın əsas səbəblərindəndir. 

Ancaq beyin tarazlıq aləti olduğuna görə və məməlilərdə xoşbəxt olmağı dayandıran bir sistem də vardır ki, bu da "Yuxusuzluq Modulyasiya" sistemi adlanır. Bu sistemdəki neyronlar (məyusluq neyronları) dopamini basdıran nosiseptin adlanan molekullar yayırlar. Əslində nosiseptin bir sözlə elə anti-dopamindir.

Adamlar bunun necə işlədiyini yuvada gizlənmiş və şəkər axtaran siçanları müşahidə edərək aşkar ediblər. Sicanlar şəkər almaq üçün burunlarını içəri soxub yalamaq məcburiyyətində qalırdılar. Adamlar əvvəlcə motivasiyanı artırmaq üçün işi asanlaşdırırlar. Amma hər cəhddən sonra siçanların uğurlu olmasını bir az da çətinləşdirirdilər. Axırda siçanlar görürlər ki, şəkəri yalaya bilmirlər. Bir neçə cəhddən sonra siçanlar bezib imtina ediblər.

Bu hadisələrin davam etdiyi müddətdə adamlar siçanların bütün sinir fəaliyyətini izləyirdilər və siçanların imtina etdikləri zaman nosiseptin neyronlarının ən aktiv olduğu ilə rastlaşdırlar. Təsadüfü deyil ki, bu neyronlar Beyin Tegmental Bölgəsinin (VTA) yaxınlığında yerləşir.

Vaşinqton Universitetinin Biyomühəndislik fakultəsində doktorantura tələbəsi yazar Kristian Pedersend konfransda deyir ki, "Böyük kəşf ondan ibarətdir ki, neyropeptidlər kimi tanınan böyük kompleks neyrotransimitterlərin VTA üzərində hərəkət edərək heyvanların davranışına çox güclü təsirə sahib olmasıdır"

Depresiya və bağımlılıq kimi xəstəliklər bu sistemlərin hər hansı bir səbəbə görə yaxşı işləməməsindən yarana bilər. 

Araşdırmanın detalları : A Paranigral VTA Nociceptin Circuit that Constrains Motivation for Reward

Not: David Disalvo’dan alıntılar alınıb.

Reaksiyanı bildir

like
0
dislike
0
love
1
funny
0
angry
0
sad
0
wow
1