Bitməyən, amma bitirən münasibət
İnsanlar sosial varlıqlardır və yaşamaları üçün başqa insanlara ehtiyacları vardır. Bu yazıda münasibətlərin pozulmağının və ya pozula bilməyən, amma içdən çürüyən münasbətlərdən danışacam. Qayıdaq lap əvvələ, birini gördüyün və xoşuna gəldiyi vaxta. O vaxta ki, o da səni görür bəyənir. Hər şeyi oğlanlardan gözlədikləri kimi, təbii ki ilkin addımlar da oğlan tərəfindən olur. Göz qırpımında baş verən hadisələrdən sonra danışmağa başlayırsan. Hər gün, hər saat, bəzilərində hər saniyə danışırsan. İşin gücün arasında ağlına gəlir, xoşbəxt olursan. Hamıya danışırsan, dostlarınla, sevdiklərinlə tanış edirsən. O da sənin etdiklərinin eynisini edir, yaxınları ilə danışır, səni tanış edir.
İnsanlar sosial varlıqlardır və yaşamaları üçün başqa insanlara ehtiyacları vardır. Bu yazıda münasibətlərin pozulmağının və ya pozula bilməyən, amma içdən çürüyən münasbətlərdən danışacam.
Qayıdaq lap əvvələ, birini gördüyün və xoşuna gəldiyi vaxta. O vaxta ki, o da səni görür bəyənir. Hər şeyi oğlanlardan gözlədikləri kimi, təbii ki ilkin addımlar da oğlan tərəfindən olur. Göz qırpımında baş verən hadisələrdən sonra danışmağa başlayırsan. Hər gün, hər saat, bəzilərində hər saniyə danışırsan. İşin gücün arasında ağlına gəlir, xoşbəxt olursan. Hamıya danışırsan, dostlarınla, sevdiklərinlə tanış edirsən. O da sənin etdiklərinin eynisini edir, yaxınları ilə danışır, səni tanış edir.
Bir müddət keçir və qarşındakı insan olduğu kimi deyil də, olmasını istədiyin kimi göründüyünün fərqinə varmırsan. O da səni olması istədiyi kimi görür və bunun fərqinə varmır. O beynində səni yerləşdirdiyi o qəlibə hər uyğun gəlmədiyində, problem yaradır. Bunlar sənin sinirlərini pozmağa başlayır. O da sənin beynindəki qəlibə uyğun gəlməyəndə gecələri yata bilmirsən və stress yaşayırsan. Dostlarınla, sevdiklərinlə görüşəcəksənsə, bir sürü hesab verirsən. Hələ qarşı cinsdən biri olsa, danışmaq belə istəmirəm. O da qarşı cinsdən biri ilə görüşsə eyni vəziyyət.
Getdikcə dostlarınla uzaqlaşırsan, o da uzaqlaşır. Beyni bir şeyə ilişdiyi üçün bir sürü trip atır və səbəbini də demir. Beləcə hərəkətlərinə məna verə bilməməyə başlayırsan. Sən də bu problemləri açıq-açıq dilə gətirmirsən. İki tərəfin də bir-birini anlamağa çalışmadığı, varsa yoxsa qarşı tərəfi özünün haqlı olduğuna inandırmağa çalışdığı uzun, gərəksiz və sonu bir yerə getməyən davalar yaşayırsan.
Bu hadisələr baş verdikcə də, bunlar sənin həyat tərzinə çevrilir. Onunla yaşadığın həyata öyrəşirsən. Onsuz olma düşüncəsi çətin gələr və bir neçə dəfə ayırl-barış əməliyyatları edirsən.
Ayrılıqlarda bilinən bəhanələr və bilinməyən gerçəklər var. ”Səni istəmirəm artıq” dəməyə qorxub, üzünə həqiqətləri demək əvəzinə mənasız bəhanələrlə bitirmə nöqtəsinə gəlirsən. Ayrılmaq istəyən tərəf o da olsa sən də olsan, öyrəşdiyin həyat üçün ayrılmaq onsuz da sənə bir başqa qoyacaq. Daima münasibətin və keçmişdə olanların söhbətin çürüdürsən beynində, Suallara cavab axtarırsan, amma tapmırsan. Daha da stressə salırsan özünü.
Maraqlıdırsa, digər yazımı oxuya bilərsiniz: Xoşbəxt olmaq haqqımızdır
Yalnızlıq o qədər də pis deyil əslində. Biri ilə danışdıqda, birinə yazdıqda kimsəni aldatmış kimi olmursan, kimsəyə tutulma kimi dərdin olmur. İstədiyin qədər istədiyin yerdə istədiyin adamla otura bilirsən. Özünə daha çox vaxt ayırırsan. Sevdiklərinlə daha çox vaxt keçirdirsən. Kimsəyə hesabat vermirsən, ekstra stress yaşamırsan. Bunlar normal insanların, sosial varlıqların etdikləridir sadəcə. Amma bu insan dəyişdirmə sevdası mı deyim, öz beyinlərində qurduqları insan mı deyim, uşaqlıqdan bəri arzuladıqları ideal münasibət mi deyim, nə deyim bilmirəm.
Hər gələn bizdən bir şey götürür, dəyəcək mi sonrasına ?
Hər nə qədər içində ümid olsa da, bunları etmək istəməz insan.