Xoşbəxt olmaq haqqımızdır

(q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Yani özgüvəninizi, xoşbəxtliyinizi, özünüzü və dünyanı görmə şəklini kirlədə bilən münasibətidir. Qırılmış qəlblərin arxasında qırıq insanlardan ibarət bir iz ilə həyat boyunca arxanca gələr. Münasibətlər sağlam başlaya bilər, ancaq pis duyğular, pis keçmiş və ya uzun zaman ödənməmiş ehtiyaclar iltihablana bilər. Asan və sürətli şəkildə baş verə bilir və ən güclü insanın da başına gələr bilir.

 Xoşbəxt olmaq haqqımızdır

Toksik münasibətlər insanlara, ailələrə və iş yerlərində bəzi qırılmalara səbəb olur. Güclu, sağlam və heçnədən aslı olmayan insanlar özlərini toksik bir münasibətin içində tapa bilərlər.

Münasibətlər zaman keçdikcə dəyişir və böyüyürlər. Bəzən bu dəyişmələr çox vaxt yaxşılığa doğru getmir. Sevginin azalması, bərbad vərdişlər, məsələn alkoqolun ya da qayınataların təsiri altında yaşamağa başladığında, işlərin necə gedəcəyini heç vaxt bilmək olmur.

Eşqi sevirik. Əlbəttə ki, sevə bilərik. Eşq bizi istədiyimiz xoşbəxt və yüksək zirvələrə göndərir. Ancaq bu zirvələrə göndərə bilən ürək, bizi ayağa qaldırıb daha toksik vəziyyətə düşməyimizə də səbəb ola bilir.

Evləndikdən sonra ailədə olan boşluqları axtarmağa başlayarsan. İlk öncə uşaq sahibi olursan, daha sonra ev üçün ipoteka, mebel və başqa şeylər axtarıb onları həll edirsən. Boşluqları doldurursan. Ailəni tamamladığını düşünürsən, lakin bu zaman özündəki boşluğun fərqinə belə varmırsan.

Toksik münasibət. Nədir axı bu ?

(q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Yani özgüvəninizi, xoşbəxtliyinizi, özünüzü və dünyanı görmə şəklini kirlədə bilən münasibətidir. Qırılmış qəlblərin arxasında qırıq insanlardan ibarət bir iz ilə həyat boyunca arxanca gələr. Münasibətlər sağlam başlaya bilər, ancaq pis duyğular, pis keçmiş və ya uzun zaman ödənməmiş ehtiyaclar iltihablana bilər. Asan və sürətli şəkildə baş verə bilir və ən güclü insanın da başına gələr bilir.

Biraz daha açıq danışaq ki, başa düşək...

"Toksik münasibəti göstərən 10 əlamət" kimi başlıqda yazılan məqaləyə çevirmək istəmirəm bu yazını. Ən yaralı olanları yazıram. Əgər bunlar tanışdırsa, metastaz olmadan müalicə edin.

  • Hər zaman etmədiyin xəyanətin əziyyətin çəkərsən
  • Hər zaman özünü stressli və həyacanlı hiss edərsən
  • Ehtiyacın olanı deməkdən qaçarsan

və bünün kimi Hər gün eyni şey, eyni şey, şey ... kimi sıxıcı şeylər. 

Mualicəsi mümkündür ?

Münasibət üçün müharibəyə etməyə dəyər. Münasibətin hardan başladığı mövzusunda net olun. Duyğusal olaraq məsafə saxlayın. Qıraqdan gələn "dəstək"-ləri dayandırın. Bu həyat sizindir. Sonra nəyin yaxşı olub-olmadığına diqqət edin. Hər şeydən əvvəl güclü olduğunuzu bilin. Mükəmməlsən.

Və sonda ... Xyulasə

Toksik bir münasibətin içinə girməyinizin bir çox səbəbləri var, bunların heç birinin şəxsiyyətin pis insan olmağı, gücsuz və ya cəsarətsiz olmağı ilə heç bir əlaqəsi yoxdur.

Bunu məntiqli görmək üçün tarixi, vəziyyəti və öz davranışlarınızı günahkar çıxarda bilərsiz. Gerçək budur ki, bunların heç biri önəmli deyil. Toksinin hardan yarandığının səbəbi belə önəmli deyil.

Sevgi və xoşbəxtlik hər zaman bir yerdə gəlmir. Münasibətdə fədakarlıq önəmlidir, amma xoşbəxtlik, hörmət, və özünüzə hörmət etmək hər zaman daha önəmlidir. Bir münasbiət eşq ilə qurulubsa, onun canlanma ehtimalı var, lakin metastaz artıq çoxdursa, münasibətin ölümünü gözləməkdən başqa çarə yoxdur. Xoşbəxt olmaq üçün ehtiyacın olan hər şey öz içindədir. O dəyərli parçanızı boğan biri ilə biryerdə olmaqdansa, etdiyi zərərə qarşılıq həyatda qalın. Heç kimə borclu deyilsən, amma özünə borclusan. İnkişaf etməyə, güvəndə olmağa və xoşbəxt olmağa layiqsən.

Bu mahnının sədaları altında sizi səhnədən yola salıram. 

Reaksiyanı bildir

like
12
dislike
1
love
2
funny
2
angry
0
sad
2
wow
3