Nədir axı bu Feromon ?
Feromonlar tər vəzlərindən ifraz olunan mayenin içindəki kimyəvi birləşmədir. Bizim başa düşəcəyimiz kimi desəm: kəskin qoxusu yoxdur, amma digər insan qoxunu aldıqda beyin korteksinə siqnal ötürür. Bu qoxunı hiss elətdirən kimyəvilər, ilk görüşdə eşq kimi şeyləri ortaya çıxarandır. Amma əsas məqsədi sizin bədəninizin zövq almağından çox, genetik olaraq əks cinsinizi radarla axtarmış kimi tapmağınıza kömək olur.
Kitab deyir ki,
Feromon
Həmin maddələr əvvəllər ektohormon, indi isə feromon adlanır. İnsanlar arasında ünsiyyət görmə və danışıq vasitəsi ilə olduğu halda, məməlilər və xüsusilə kiçik orqanizmlərdə bir-biri ilə əlaqə saxlamaq məhz feromon adlanan kimyəvi maddələr ifraz etməklə mümkün olur. Əksər heyvanlar ətraf mühitə feromonlar ifraz edir. Bu isə eyni növdən olan heyvanların bir-biri ilə əlaqə saxlamağına imkan verir.
Qoxu
Parfüm, çiçək, sevdiyimiz yeməyin, dənizin qoxusunu, xoşunuza gələn və ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç zaman çata bilməzlər. Səs və görüntüdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır.
Feromonlar tər vəzlərindən ifraz olunan mayenin içindəki kimyəvi birləşmədir. Bizim başa düşəcəyimiz kimi desəm: kəskin qoxusu yoxdur, amma digər insan qoxunu aldıqda beyin korteksinə siqnal ötürür.
Bu qoxunı hiss elətdirən kimyəvilər, ilk görüşdə eşq kimi şeyləri ortaya çıxarandır. Amma əsas məqsədi sizin bədəninizin zövq almağından çox, genetik olaraq əks cinsinizi radarla axtarmış kimi tapmağınıza kömək olur.
Hərkəsin, hətta bəzən sizin də çox cazibədar olmayan birinə dəli kimi bağlantınız, qədərimizin deyil də bu feromonların beynimizdəki oyunudur.
Daha dərinə getsək, bu feromonların kəskin qoxusunun olmadığını demişdim. Bu qoxuları bəzən insan özündə hiss edir, lakin bu qoxunu digər insanlar ala bilmirlər. Tər vəzlərindən əmələ gəldiyi üçün sizə kəskin, iyrənc kimi gəlsədə, qarşı tərəf o qoxunu hiss etmir. Əgər o qoxunu qarşı tərəf hiss edirsə və o qoxu onu narahat etmirsə, sizin ona qarşı olan hissləriniz qarşılıqlı olaraq həmin şəxsdə də mövcüddür. Bu qoxular bir-birlərini sevən şəxslərin bədənləri tərəfindən bir-birlərinə ötrürlən siqnaldır.
Digər tərəfdən də, ard-ardına ətir vurduqda burnumuz necə bu qoxuya öyrəşirsə, zamanla sevilən feromonunda təsiri getdikcə itməyə başlayır.
Bu feromon deyilən şey, göz yaşında da var. 50 kişi ilə edilən araşdırmada birinci qadınları dram filmlərə baxdırıb ağladırlar. Daha sonra qadınlar göz yaşlarını şüşə qablara doldurur.
Keçmiş vaxtlarda qadınlar əsgərə gedən və ya həyatını itirən sevgililəri üçün tökdüyü göz yaşlarını şüşə qablarda saxlayırdılar. Bu göz yaşılarını unguentarium şüşəsinə yığırdılar.
Sonra həmin kişilərə içində qadın gözyaşı olan şüşələri qoxladırlar. Sonra nə baş verir. Bildiyimiz motivlərdən cavabdeh olan hipotalamus neyronları sönür. Hətta testosteronu en yüksək olan kişilər də göz yaşı qoxusunu alıb yumşalmağa başlayırlar. Ona görədə hər hansı bir münaqişədə ağlayan qadın görən kişilər mələyə çevrilirlər.
Feromondan istifadə edib küllü miqdarda pul qazanan ətir istehsalçıları, tər vəzlərindəki təbii qoxunun yerini alan ətirlərin içinə bu hormonu sintetik olaraq qatırlar. O ətiri vurduqda kişilərə qadınları cəzb edəcəklərini inandırırlar. Bu isə mübahisəli mövzüdür.