Elementar psixi dərk etməniz nə deyirsə onu edin.

Dünya yaranandan bu günümüzə kimi insanlar bu həyata niyə gəldiklərini araşdırırlar. Təsadüfi deyilki, mövcüd dinlər və təriqətlərdə də bu haqda danışılır. İnsanlar öz dinlərinin müqəddəs kitablarında bu gizli və cavabsız sualların cavablarını axtarıb tapırlar. İndi sizdən istədiyim odur ki, bu yazımı oxuduğunuz müddətdə müvəqqəti olaraq dini inancınızı dondurun, yazını bitirdikdən sonra qaldığınız yerdən davam edərsiniz.  Not. Bu yazıda dinlərdən bəhs edilmir.

Elementar psixi dərk etməniz nə deyirsə onu edin.

Dünya yaranandan bu günümüzə kimi insanlar bu həyata niyə gəldiklərini araşdırırlar. Təsadüfi deyilki, mövcüd dinlərtəriqətlərdə də bu haqda danışılır. İnsanlar öz dinlərinin müqəddəs kitablarında bu gizli və cavabsız sualların cavablarını axtarıb tapırlar. İndi sizdən istədiyim odur ki, bu yazımı oxuduğunuz müddətdə müvəqqəti olaraq dini inancınızı dondurun, yazını bitirdikdən sonra qaldığınız yerdən davam edərsiniz. 

Not. Bu yazıda dinlərdən bəhs edilmir.

Not..Istəsəniz, Bu sayta daxil olun və play düyməsini basın. Fonda getsin 

Dünya min illər bundan əvvəl yaransa da, hər bir insan üçün dünyanın yaranması onun doğum günüdür. İnsanlar bu həyatda görür, öyrənir və tətbiq edir. Lakin bir müddət keçdikdən sonra, insanlar bu həyata niyə gəldiklərini, niyə oxuyub niyə işləməyi, niyə ailə qurmağı və bunun kimi "niyə" sualları ilə beyinlərini deşirlər. Başlayırlar bu sualların cavablarını axtarmağa və nəhayət üz tutular dinlərə və dinin verdiyi cavaba tutunub bu həyata davam edirlər. İnsan elə bir varlıqdır ki, inancsız yaşamağı mümkün deyil. Dinə inanmasa da, ən azından bu sualın cavabını necə tapıbsa, ona inanır. Nəticədə bu da inancdır.

İnsanlar kim olduqlarını axtarmağa çalışır. Reinkarnasiya kimi şeylər belə ortaya çıxıbsa, görün nə həddə çatıblar. Maraqlısı odur ki, biz heç özümüzü düzgün tanımırıq. 

Kainatda hər şey riyaziyyat kimi dəqiqdir. Bu səbəbdən semantik və ya etimologiya əslində şüuraltının riyaziyyatıdır. Nəyi edib, nəyi etməyəcəyinizi heç vaxt bilə bilməzsiniz. Əgər "Yox, mən bunu heç vaxt etmərəm" deyirsinizsə, bunu siz demirsiz. Bunu Persona, Eqo, Kölgə deyir.

Maraqlıdırsa, digər yazımı oxuya bilərsiniz: Persona və Kölgə. Qəbul etmədiyimiz gerçəklər

Eqo cəmiyyətin kollektiv şüurunun yaratdığı dəyərlərinə görə kodlanıb və ona görə də eqonun nə deyəcəyini əvvəldən təxmin etmək ehtimaldır. Sadəcə insan yaşadığı cəmiyyətin alqoritmini bilməli və ona uyğun hərəkət etməlidir. Elə də edirik, qayda-qanuna riayət edirik. Mentalitet, adət-ənənə kimi şeyləri bilirik, öyrənmişik və hamsını yerində tətbiq edirik. Bunlara baxmayaraq sən istəsən bunları etməyə də bilərsən. Sadəcə siz bunlara əsaslanaraq sualı cavablayırsız. Əslində gələcəkdə nə edəcəyinizi və necə olacağını bilmirsiz.

Əslində sən kimsən?

Dünyaya gəldiyin vaxtdan bu günə kimi yaşadığlarının hər biri sənin yaddaşında və şüuraltındadır. Lazım gəldikdə neyronlar həmin məlumatı tapıb çıxardar. Məsələn, indi çəkəcəyim açar sözlər beyninizdəki mənasız məlumatları yadınıza salacaq:

  • silahlı filmlər, səhər verilən çizgi-film, yemək verlişi aztv
  • riyaziyyat kitabı 5-ci sinif, oxu kitabı, tqdk bank testi, bank testi cavabları
  • birinci partada oturan qız, məhlədə xlor satan kişi və bunlara bənzər şeylər. 

Sən əslində bu məlumatları hər kəsdən fərqli render edən şəxsiyyətsən. "Xlor satan kişini" hərə bir çür yaddaşına saxlayıb. Məlum olan birşeyi belə fərqli xatirlayırıqsa, dərk etmək lazımdır ki, hamı fərqlidir.

Bəs hamı fərqlidirsə, niyə hamı kimi yaşamalıyıq ki?

Qaydaları, mentaliteti qoyaq qırağa, niyə öz istədiyimiz kimi yaşamalı deyilik ? Axı bizim zəngin yaddaşımız, arzularımız, xəyallarımız var. Əgər öz istəklərindən uzaqlaşırsansa, daha açıq dəsəm özündən qaçırsansa sən cəmiyyətin alqoritmini tətbiq edərək, "normal" adam olacaqsan. Əgər özündən qaçırsansa, kim olduğunu heç vaxt bilməyəcəksən. Bilmək olmaz, bəlkə peyğəmbər elə sən özünsən.

 ...

Həyata niyə gəldiyimizi bu dünyadan heç kim deyə bilməz və demiyəcək. Bircə onu bilirəm ki, bu həyata bir də gəlməyəcəyik. Gəlsək belə, öyrəndiklərimizi xatirlamaq mümkün olmayacaq. Ona görə bu sualların cavabı axtarmaqdansa, özünüzü düzgün tanıyın. Cəmiyyətin alqortimini tətbiq etməkdənsə, öz alqoritminizi yazın. Sən mükəmməl, unikal və savadlısan. 

Reaksiyanı bildir

like
2
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0